Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“İrana daha öncə də demişdik ki, təhdidlər var, təhlükəsizliyi artırın”

“İrana daha öncə də demişdik ki, təhdidlər var, təhlükəsizliyi artırın”

Tarix: 29 Yanvar 2023 23:54

"Yaranmış şəraitdə Azərbaycan Prezidenti çətin də olsa, bu qərarı qəbul etdi ki, ölkəmizin Tehrandakı səfirliyi təxliyə olunmalıdır".

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini qeyd edib ki, Azərbaycan diplomatlarına qarşı təhlükənin olduğu daha öncə də İran rəsmilərinə çatdırılıb. Lakin İran hakimiyyəti bu xəbərdarlığa məsuliyyətsiz yanaşıb:

"Hər hansı bir ölkədə diplomatik fəaliyyəti dayandırmaq çox məsuliyyətli qərardır. Biz İran tərəfinin də nəzərinə çatdırmışıq ki, təhlükəsizliyin təmin edilməsinə görə ümidimiz, etibarımız yoxdur. Biz dəfələrlə İran tərəfinə bildirmişik ki, Azərbaycan diplomatik nümayəndələrinə qarşı təhdidlər var və təhlükəsizlik tədbirlərini artırsınlar. Baş verən hadisə onu göstərir ki, İran hakimiyyəti buna məsuliyyətsiz yanaşıb və nəticədə terror aktı baş verib".


Etiketlər:  İrana daha öncə demişdik təhdidlər təhlükəsizliyi artırın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ