Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2023 10:06
ABŞ-ın Hyuston şəhərində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarına və Ermənistanın ekoloji terror siyasətinə etiraz əlaməti olaraq dinc aksiya keçirilib.
Bu barədə Sonxeber.net-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Bildirilib ki, Amerika-Azərbaycan İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə Hyuston şəhər meriyası önündə baş tutan aksiyada Azərbaycan icmasının Texas ştatında yaşayan fəalları iştirak ediblər. Aksiya Laçın-Xankəndi yolunda fasiləsiz aksiya keçirən azərbaycanlı ekofəallara və vətəndaş cəmiyyəti nümayəndələrinə dəstək məqsədilə təşkil olunub.
Aksiya zamanı "Qarabağ Azərbaycandır!", "Erməni terrorizmi", "Ermənistan terrorçularını dayandırın!", "Azərbaycanın təbii sərvətlərinin talanmasına son!", "Erməni ekosidinə son!", "Azərbaycan ərazilərində ekoloji terroru dayandırın!" tələblərinin əks olunduğu plakatlar nümayiş etdirilib.
Xaricdə yaşayan soydaşlarımızın Azərbaycanın yeraltı və yerüstü sərvətlərinin Ermənistan və erməni separatçıları tərəfindən talanmasına göz yummayacağına, Qarabağ iqtisadi rayonunda törədilən ekoloji terrorun artıq qlobal problemə çevrildiyinə diqqət cəlb edilib.
Aksiya ilə maraqlanan yerli sakinlərə Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji cinayətlər barədə ətraflı məlumat verilib.