Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2023 18:00
"Mən sizin heç kinonuzda da çəkilmək istəmirəm"
Sonxeber.net "ATV Səhər"ə istinadən xəbər verir ki, bu sözləri müsahibəsi zamanı "Qaraca qız" filminin "Xədicəsi" aktrisa Leyla Axundova deyib.
O, filmi bu günədək axıra qədər izləmədiyini bildirib. Filmə çəkildiyi vaxt 7 yaşı olan aktrisa, filmə baxanda uşaqlıq illərini xatırlayıb təsirləndiyini bildirib.
İlanla bağlı səhnələrin çəklişləri zamanı hədsiz qorxu keçirdiyini qeyd edən aktrisa, hətta qızdırmasının belə qalxdığını deyib.
Filmdə yer alan bir səhnədə ağlaması üçün Qaraca qız rolunun ifaçısı Sevil Zeynalovanın öldüyü ilə bağlı ona deyilən yalandan sonra "Mən sizin heç kinonuzda da çəkilmək istəmirəm" deyib günlərlə heç kimlə danışmadığını və heç bir səhnəyə çəkilmədiyini bildirib (gülərək).
Kinoya çox pul xərçləndiyini deyən Leyla Axundova, filmlə bağlı onu narahat edən səbəblərdən də danışıb:
"Hər yerdə demişəm, deyəcəyəm də" filmə çox pul xərclənmişdi. Diplom işi idi. Hətta filmdəki ayı belə Moskvadan xüsusi gətirilmişdi".
Filmin yarısının kəsildiyini bildirən aktirisa, 1 saat 20 dəqiqəlik filmin 45 dəqiqəyə endirilməsinin doğru olmadığını deyib.
Bu gün uşaq filmlərinin çəkilmədiyindən təəssüfləndiyini bildirən aktrisa, gələcək nəsillərin düzgün tərbiyə edilməsində uşaq filmlərinin əhəmiyyətli rol oynadığını qeyd edib.