Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2023 18:50
Əməliyyatçılar Moskva yaxınlığında Balaşixa sakinini qarət etməkdə şübhəli bilinən dəfələrlə məhkum olunmuş şəxsi saxlayıblar.
Sonxeber.net bildirir ki, bu barədə lenta.ru-ya Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib. Şöbə qarətçini qeydə alan müşahidə kameralarından video təqdim edib.
Kadrlarda kişinin mağazadan bir buket ağ qızılgül aldığı, sonra yaşayış binasının girişinə necə girdiyi və bir müddət sonra pəncərədən atılaraq qaçdığı görünüb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, şübhəli şəxs cinayəti ad günündə törədib. O, Fadeyev küçəsindəki gül dükanından aldığı buketlə Nekrasov küçəsindəki yaşayış binasına gedib. O, özünü gül gətirən kuryer kimi təqdim edib. Ev sahibəsi qapını açanda cinayətkar ona hücum edərək hamamda kilidləyib. O, 500 min rubl (7 160 dollar) və qızıl-zinət əşyalarını oğurlayıb, sonra ikinci mərtəbənin pəncərəsindən atılıb.
Polis quldurun şəxsiyyətini müəyyən edib və onu Yaroslavl vilayətinin ərazisində aşkarlayıb. Faktla bağlı cinayət işi başlanıb, şəxs həbs edilib.
İrfan Vəliyev