Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bobbi Hall vəfat edib

Bobbi Hall vəfat edib

Tarix: 31 Yanvar 2023 09:24

Bobbi Hall 84 yaşında vəfat edib.

Kanadalı hokkeyçi NHL-də 16 mövsüm keçirib və 1063 oyunda 1170 (610+560) xal toplayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Hall 1957-1972-ci illərdə Çikaqoda çıxış edib. 1961-ci ildə klubla birlikdə Stenli Kubokunu qazanıb.

1972-ci ildə o, peşəkar xokkey liqası olan WHA-da oynayan "Vinnipeq" ilə müqavilə imzalayıb. Kanadalı WHA-da 411 matç keçirib və 638 (303 + 335) xal toplayıb.

Hall ikiqat "Hart Trophy" mükafatı sahibi və ulduzlar matçının on ikiqat iştirakçısıdır. Onun adı 1983-cü ildə xokkeyin Şöhrət Zalına daxil edilib.

Milli.Az


Etiketlər:  Bobbi Hall vəfat edib


RƏYLƏR