Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lukaşenko Putindən sonra ona da traktor hədiyyə etdi - FOTO

Lukaşenko Putindən sonra ona da traktor hədiyyə etdi - FOTO

Tarix: 31 Yanvar 2023 18:42

Zimbabvedə rəsmi səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə Prezidenti Emmerson Mnanqaqvaya traktor hədiyyə edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Belarusun "Pul Pervoqo" teleqram kanalı yayıb.

Məlumata görə, traktor Zimbabve Prezidentinin şəxsi təsərrüfatında istifadə üçün hədiyyə edilib. Mnanqaqva isə öz növbəsində Lukaşenkoya şir müqəvvası hədiyyə edib.

Xatırladaq ki, Lukaşenko ötən ilin oktyabrında Rusiya Prezidenti Vladimir Putinə də traktor hədiyyə etmişdi.

Milli.Az


Etiketlər:  Lukaşenko Putindən sonra ona da traktor hədiyyə etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ