Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Səmada qalaktikaya bənzəyən sirli mavi spiralın heyrətamiz görüntüsü - VİDEO

Səmada qalaktikaya bənzəyən sirli mavi spiralın heyrətamiz görüntüsü - VİDEO

Tarix: 1 Fevral 2023 00:24

ABŞ-də gecə səmasında qalaktikaya bənzəyən sirli mavi spiral görənləri heyrətə gətirib. Bununla bağlı sosial şəbəkələrdə yayılan kadrlar çoxlu müzakirələrə səbəb olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, kadrlar Havay adalarında Mauna Kea vulkanının zirvəsi yaxınlığında astronomik rəsədxana tərəfindən Yaponiyanın "Subaru-Asahi Star Camera"sı tərəfindən qeydə alınıb.

Sonradan məlum olub ki, fantastik görünüşünə baxmayaraq, spiralın çox sadə izahı var imiş. Məlumata görə, həmin gün Floridadakı kosmodromdan "Falcon 9" raketi buraxılıb. Kameranın qeydə aldığı görüntülər isə atmosferə atılan raket yanacağının donmuş qalıqlarının izi olub.

Milli.Az


Etiketlər:  Səmada qalaktikaya bənzəyən sirli mavi spiralın heyrətamiz görüntüsü VİDEO


RƏYLƏR