Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2023 09:18
Azərbaycanın İrandakı səfirliyinə terror hücumu həyata keçirən Yasin Hüseynzadə bu silahı necə əldə edib?
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı olduqca inginc məlumat yayılıb.
Bildirilib ki, Yasinin hücumda istifadə etdiyi silah qatlanan "Kalaşnikov AK-47" markalı avtomatdır.
"Hadisədən sonra həmin silahın fotosu yayılıb. Səfirliyin təhlükəsizlik əməkdaşının sözlərinə görə, silahın seriya nömrəsi saxtalaşdırılıb, qundağın üzərində isə onun seriya nömrəsi "N-12067"-dir. Bu da onun İranda nömrələndiyini göstərir.
Silah 2000-ci ilin mart ayınadək Zəncanın polis qüvvələrinin silah-sursat anbarında saxlanılıb.
Son qeydə alındığı yer isə Luristan polisidir. Belə ki, 25 iyun 2019-cu ildə Luristan əyalətinin Polis İdarəsinin İctimai Təhlükəsizlik Komandanlığı tərəfindən bu silah qəbul edilib".
Başqa sözlə desək, terrorçunun istifadə etdiyi silah İran hüquq-mühafizə orqanlarına məxsusdur.