Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2023 13:20
Dünən doğum günü olan aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədovun geyimi ilə bağlı hər kəsdən gizli saxladığı sirrinin üstünü həmkarı Afaq Gəncəli açıb.
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu məsələnin üstü Hacı Nuranın qonaq olduğu "Səhər mərkəzi" verilişində üzə çıxıb.
Belə ki Afaq aparıcısı olduğu sözügedən proqramda Hacı Nuranı öz yanına çağırıb və boğazını bəzəyən qalstukun bir neçə formada olduğunu nümayiş etdirib. "Əgər Hacı Nuran yas mərasiminə gedirsə, (bu anda rəngarəng qalstukunu aşağı hissəsindən tutaraq, üst hissəsini yuxarı dartır, göz önünə isə aksesuarın qara rəngi üzə çıxır - red.).
Qalstukun digər tərəfi isə buta naxışlıdır. Bunu isə Hacı Nuran belə düzəldib, digər verilişə gedir", - deyə Afaq vurğulayıb.
Bu anda isə verilişin digəri aparıcısı Tural Əsədov "Röya konsertində 25 geyim dəyişib. Sənə müraciət etsəydi, bir pəncəklə konserti yola verə bilərdi (gülür)" sözlərini dilə gətirib.