Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2023 20:20
Pikenin yeni sevgilisi Klara Çia media tərəfindən özünə qarşı olan təzyiqlərə dözə bilməyib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Şakiranın da təsiri ilə medianın onunla bağlı paylaşımlarına tab gətirə bilməyən Klara psixoloji sarsıntı keçirib və xəstəxanaya yerləşdirilib.
Çianın Barselonada yerləşən Quironsalud xəstəxanasında müalicə aldığı məlum olub.
23 yaşlı Çia Pike ilə münasibəti üzə çıxdıqdan sonra medianın diqqət mərkəzində olub.
Pike bu yaxınlarda ilk dəfə "Instagram" hesabında Çia ilə şəklini paylaşdıqdan sonra isə sosial mediada bununla bağlı ağır şərhlər verilib. Çia, hətta bir çox insan tərəfindən təhqir olunub.
Bu təzyiqləri həzm edə bilməyən gənc qadın psixoloji sarsıntı keçirib.