Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vilayət Eyvazov bu rayonların sakinlərini qəbul edəcək

Vilayət Eyvazov bu rayonların sakinlərini qəbul edəcək

Tarix: 2 Fevral 2023 07:26

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən fevral ayının 16-da Cəlilabad Rayon Polis Şöbəsinin inzibati binasında Neftçala, Biləsuvar, Cəbrayıl və Cəlilabad şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Bu barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev feysbuk hesabında məlumat yayıb.

Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 15.02.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Milli.Az


Etiketlər:  Vilayət Eyvazov bu rayonların sakinlərini qəbul edəcək


RƏYLƏR