Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2023 09:30
1948-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarının iştirakçısı uruqvaylı Feliks Syenra 107 yaşında vəfat edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, o, yelkənli qayıq idman növü üzrə yarışıb. 1948-ci il Olimpiadasında uruqvaylı altıncı olub.
Syenranın ölümündən sonra alman atlet Villi Byuzinq Olimpiadada iştirak etmiş və hazırda yaşayan ən yaşlı idmançı adına sahib olub. Alman 1952-ci ildə Helsinkidə keçirilən Yay Olimpiya Oyunlarında iştirak edib, burada komanda triatlonunda gümüş, fərdi triatlonda isə bürünc medal qazanıb. Hazırda onun 101 yaşı var.