Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2023 17:10
Belarus prezidenti Aleksandr Lukaşenkonun Zimbabveyə səfəri başa çatıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hava limanında rəsmi qonaq fəxri qarovul dəstəsi, musiqi və keçi ilə yola salınıb. Video sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, dördayaqlı yerli fəxri qarovul dəstəsinin ştat üzrə işçisidir. Keçinin buynuzları, dırnaqları və quyruğu rənglənib.
Qeyd edək ki, Lukaşenkonu hava limanında Zimbabve lideri Emmerson Mnanqaqva şəxsən yola salıb və o, Belarus rəhbərinə bu səfərin yaddaqalan anlarını əks etdirən fotoalbom təqdim edib.
Xatırladaq ki, yanvarın 31-də Lukaşenko Zimbabve prezidentinə traktor hədiyyə edib, əvəzində isə şir müqəvvası alıb.