Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnternat məktəbində toyu olan Elman və Nazpərinin evindən - VİDEO

İnternat məktəbində toyu olan Elman və Nazpərinin evindən - VİDEO

Tarix: 2 Fevral 2023 19:02

Ötən ilin iyul ayında Şüvəlan qəsəbəsində yerləşən Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum uşaqlar üçün 4 nömrəli xüsusi internat məktəbində Elman Nuruzadə ilə Nazpəri Osmanovanın toy mərasimi keçirilmişdi. Təhsil TV Gənclər Günü münasibətilə cütlüyün evində qonaq olub.

Tanışlıqlarından və toylarından danışan ikili öz xatirələrini bölüşüb.

Qeyd edək ki, cütlüyün şad günündə bir sıra tanınmış sənət nümayəndələri, o cümlədən təhsil naziri Emin Əmrullayev də iştirak etmişdi. Məclisə qatılan tanınmışlar arasında Xalq artisti Alim Qasımov, Əməkdar artist Ruhəngiz Allahverdiyeva, bloger və səyyah Azər Qəribov, aparıcılar Hacı Nuran Hüseynov və Günay Firudinqızı da olub.

Milli.Az Elman ilə Nazpərinin evindən videoreportajı təqdim edir:

Milli.Az


Etiketlər:  İnternat məktəbində toyu olan Elman Nazpərinin evindən VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ