Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2023 16:35
"Hazırda şou-biznesdə təsadüfi insanlar var. Onlarin musiqimizə heç bir adiyyatı yoxdur. Onları "Dəli kür" filmindəki kimi "Ya heştər" adlandırıram. Nə oxuduqları musiqilərin xətti, nə də ki, Azərbaycan musiqisinə adiyyatı var".
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan qonaq olduğu "Xəzər axşamı" verilişində deyib.
Sənətçi bildirib ki, hazırda musiqili aləmi acınacaqlı günlərini yaşayır:
"Pafos kimi çıxmasın, Azərbaycan musiqisi haqqında bilən də danışır, bilməyən də. Çox acınacaqlı bir vəziyyət yaranıb. Bu dəqiqə müğənniləri insanlar savadına, sənətinə görə deyil, bahalı villası, avtomobili, "şuba"sı (xəz kürk- red.) ilə qiymət verirlər. Sənətə baxmırlar".