Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2023 22:06
Almaniya öz ehtiyatlarından Ukraynaya Leopard 1 tanklarının ixracına icazə verib.
Sonxeber.net musavat.com-a istinadən xəbər verir ki, bu barədə Almaniya hökumət sözçüsü Steffen Hebeştrayt bildirib.
Tankların ümumi sayı 88-dir və onlar "Rheinmetall" istehsalçı şirkətlərinin anbarlarında saxlanılır. Steffen Hebeştrayta görə, tədarüklər yaxın həftələrdə başlaya bilər.
"Leopard 1" - əvvəllər Bundesverdə xidmətdə olan köhnə tank modelidir. 1980-ci illərin ortalarından etibarən onlar artıq istehsal olunmur və yerini daha müasir modifikasiyaya - "Leopard 2"lərə verib. Bununla belə, "Leopards 1" hələ də dünyanın bir çox ordusunda xidmətdədir və daim təkmilləşdirilir. Ukraynanın ala biləcəyi 88 tankın dəyəri 100 milyon avrodan çoxdur.
"Süddeutsche Zeitung" qəzetinin yazdığına görə, köhnə "Leopard" modeli yenisindən fərqli çaplı mərmilərdən istifadə edir, ona görə də sursat çatışmazlığı riski var. Ukraynaya hərbi yardım göstərən ölkələr bu problemi həll edəcəklər.