Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2023 07:16
Türkiyənin Çanaqqala şəhərinin Gökçeada rayonunun bələdiyyə sədri Ünal Çətin həbs edilib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Çanaqqala Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Gökçeada bələdiyyə başçısı Ünal Çətin, Bələdiyyə Yenidənqurma müdiri S.D., dövlət işçisi E.B. ilə podratçılar R.G. və B.B-nin polis idarəsindəki prosesləri başa çatıb.
Çanaqqala məhkəməsinə gətirilən şübhəlilər araşdırmadan sonra həbs olunublar.
Qeyd edək ki, yanvarın 31-də təhlükəsizlik qüvvələri Gökçeada bələdiyyəsinə qarşı "korrupsiya" və "rüşvətxorluq" əməliyyatı keçirib.