Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Beynəlxalq səyyahlar Kəlbəcər və Laçına səfər ediblər - YENİLƏNİB - VİDEO - FOTO

Beynəlxalq səyyahlar Kəlbəcər və Laçına səfər ediblər - YENİLƏNİB - VİDEO - FOTO

Tarix: 5 Fevral 2023 13:51

13:26

Geniş tərkibdə beynəlxalq səyahətçilər qrupunun Laçın şəhərinə səfəri başlayıb.

Milli.Az xəbər verir ki, səyyahlara Laçın şəhərində aparılan bərpa-quruculuq işləri, həmçinin yeni tikilən nümunəvi evlər barəsində məlumat verilib.

30 nəfərlik heyətə 12 ölkənin - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyanın tanınmış səyyahları daxildir.

Bu səfər bir daha azad edilmiş ərazilərdəki dağıntılara, burada aparılan quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyahətçilərin marağının xeyli artdığını nümayiş etdirir. Belə ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və Türkiyə Gəzginlər Klubunun geniş tərkibdə heyətlərinin ötən iki ildə 5 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Səfərlərin biri 2021-ci ildə, dördü isə 2022-ci ildə olub.

Beynəlxalq səyahətçilər qrupunda hərb tarixi ilə yaxından maraqlanan səyyahlar, o cümlədən səyahətlər üzrə kitabları ilə tanınan müəlliflər yer alır.

Əvvəlki səfərlərdə olduğu kimi, bu dəfə də beynəlxalq səyahətçilərin azad edilmiş ərazilərə səfərində dünyamiqyaslı azərbaycanlı səyyah Mehrac Mahmudov onlara bələdçilik edir.

Xatırladaq ki, səyahətçilərin ötən gün işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb. Onlar dünən Füzuli-Xocavənd-Şuşa marşrutu üzrə hərəkət ediblər.

Qeyd edək ki, bu səfər azad edilmiş ərazilərin "dark tourism" çərçivəsində tanıdılmasında müstəsna rol oynayır. Beynəlxalq səyahətçilər 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən talan edilən, 2020-ci ildə ağır döyüşlərin getdiyi, indi isə bərpa və quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş əraziləri gəzməklə reallıqlarla, o cümlədən dünyanın biznes və turizm elitasının diqqətini cəlb edən Zəngəzur dəhlizi ilə bağlı görülən işlərlə yerində tanış olmaq imkanı qazanırlar.

--------
09:39

10 dan artıq ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupu işğaldan azad edilən Kəlbəcər rayonuna səfər edib.

Milli.Az-ın məlumatına görə, 12 ölkə - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyadan olan 30 nəfərlik heyət Kəlbəcər rayonun Zülfüqarlı kənd yerləşən İstisu ilə tanış olacaqlar.

Qonaqları erməniləri Azərbaycan torpağında törətdikləri vəhşiliklə yerində tanış olacaqlar. Onlar rayonda ermənilər tərəfindən törədilən dağılmış ərazilərə baxış keçirəcək.

Qeyd edək ki, ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyadan olan 30 nəfərlik heyətin ötən gündə Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb. Səyyahlar əvvəlcə Füzuli şəhərində, Xocavənd rayonunda, Şuşada, sonra Şuşada, Laçın-Xankəndi yolunda aksiya keçirilən ərazidə olublar.

Milli.Az


Etiketlər:  Beynəlxalq səyyahlar Kəlbəcər Laçına səfər ediblər YENİLƏNİB VİDEO FOTO


RƏYLƏR