Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2023 21:33
Türkiyədəki zəlzələdə bir Azərbaycan vətəndaşı - 1980-ci il təvəllüdlü Nailə Bünyatovanın həlak olduğu dəqiqləşib.
Bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) təsdiqləyiblər.
Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Zəlzələ nəticəsində 3 703 nəfər həlak olub, 22 286 nəfər xəsarət alıb.