Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bakıya gələnlər dedilər ki, sizin şəhərin mərkəzində ''gecekondu''lar var''

''Bakıya gələnlər dedilər ki, sizin şəhərin mərkəzində ''gecekondu''lar var''

Tarix: 8 Fevral 2023 15:20

""Sovetski" ətrafındakı evlər pis gündə idi. Kanalizasiya sistemi də pis idi. Biabırçılıq idi. Mən Türkiyəyə getmişdim elə utandım. Orada Bakıya gələnlər dedilər ki, sizin şəhərin mərkəzində "gecekondu"lar var. Mən də bilmirdim mənasını, soruşdum. Söylədilər ki, belə balaca evlər".

Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu sözləri "Elgizlə izlə" proqramında aparıcı Elgiz Əkbər deyib. Onun sözlərinə görə aktrisa Meral Konrat da ölkəmizə ikinci dəfə gələndə "Sovetski"nin söküldüyünü görüb sevinib:

"Sonra Meral Konrat ikinci dəfə Bakıya gələndə ona şəhəri gəzdirirdik. Onda artıq təmir edilmişdi, yerində park var idi. Həmin yeri görüb əlini göyə qaldırdı, dedi ki, şükür, bunlar söküldü. Sonra dedi ki, sizdə yaxşı ki, evlərin yerində park inşa etdilər, bina yox. Arzu edirəm ki, həmin ərazi bütünlükdə elə davam etsin, şəhərin mərkəzində böyük park olsun".

Qeyd edək ki, M. Konrat "Təhminə" obrazı ilə tanınır.


Etiketlər:  Bakıya gələnlər dedilər sizin şəhərin mərkəzində gecekondular


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ