Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev: Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır

İlham Əliyev: Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır

Tarix: 8 Fevral 2023 16:51

Azərbaycan zəlzələdən sonrakı bərpa işlərinə də qoşulmağa hazırdır. Yəni, Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Biz belə görürük, Türkiyə və Azərbaycan vətəndaşları da belə görürlər. Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahit Bağçı ilə söhbətində bildirib.

"Bir daha deyirəm, keçmiş olsun, bütün həlak olanlara Allah rəhmət eləsin, yaxınlarına Allah səbir versin və təbii fəlakətlər olur, heç kim bundan sığortalı deyil. Amma Türkiyə dövlətinin operativ və çevik addımları bir daha göstərdi ki, insan amili Türkiyə hökuməti üçün əsas məsələdir və bu ağır sınaq, eyni zamanda, Türkiyənin gücünü bir daha bütün dünyaya göstərəcək", - deyə dövlətimizin başçısı qeyd edib.

Azərbaycan Prezidenti deyib ki, bu faciə qardaş türk xalqını sarsıtmayacaq, Türkiyə dövlətinin iradəsinə təsir etməyəcək: "Türkiyə dövləti güclü dövlətdir və bu fəlakətlə də mübarizədə öz gücünü göstərir".


Etiketlər:  İlham Əliyev Türkiyə Azərbaycan artıq yumruqdur ürəkdir candır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ