Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2023 21:06
Londonun keçmiş polis məmuru 17 il ərzində onlarla qadına zorakılıq və cinsi təcavüzə görə ən azı 30 il ömürlük həbs cəzasına məhkum edilib.
Sonxeber.net xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.
48 yaşlı Böyükşəhər polis zabiti Devid Karrik təcavüzkar olduğunu etiraf edib.
Prokurorluq hadisəni xidmətdə olan polis zabiti ilə bağlı ən şokedici hadisələrdən biri adlandırıb.
2001-ci ildə polis sıralarına qoşulan Karrik, təcavüz, zorlama cəhdi və saxta həbs də daxil olmaqla 49 zorlama və ittihamlar üzrə günahını etiraf edib. Onun cinayətləri 2003-2020-ci illər arasında törədilib. (publika)