Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xilasedicilərimiz 37 nəfəri dağıntılar altından sağ çıxarıb - YENİLƏNİB - VİDEO - FOTO

Xilasedicilərimiz 37 nəfəri dağıntılar altından sağ çıxarıb - YENİLƏNİB - VİDEO - FOTO

Tarix: 9 Fevral 2023 09:06

09:05

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 8-i uşaq olmaqla 37 nəfəri sağ, 145 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7,7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

--------
08:00

Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin Türkiyənin zəlzələ bölgələrində axtarış əməliyyatları davam edir.

Azərbaycanlı xilasedicilər dağıntılar altından 5-i uşaq olmaqla, 27 nəfəri çıxarıblar.

Hazırda ərazidə axtarış-xilasetmə işləri davam edir.

Daha ətraflı "Haber Global"ın hazırladığı süjetdə:

Milli.Az


Etiketlər:  Xilasedicilərimiz nəfəri dağıntılar altından sağ çıxarıb YENİLƏNİB VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ