Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2023 08:30
Fevralın 8-də Hondurasda 5,9 maqnituda gücündə zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar Mərkəzi Amerika ölkələrində və Meksikanın cənubunda da hiss edilib.
İnsan tələfatı və dağıntılar barədə məlumat verilməyib.
İlkin məlumatlara görə, zəlzələ Beliz, Salvador, Qvatemala, Honduras, Nikaraqua və Meksikada hiss edilib.
"El Heraldo de Honduras" qəzetinin yazdığına görə, yeraltı təkanlar 10 saniyə davam edib və ölkə əhalisi arasında təşvişə səbəb olub.