Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kim Çen In 35 günlük fasilədən sonra ictimaiyyət qarşısına çıxdı - VİDEO

Kim Çen In 35 günlük fasilədən sonra ictimaiyyət qarşısına çıxdı - VİDEO

Tarix: 9 Fevral 2023 17:22

Şimali Koreya lideri qızı ilə bu gün yenidən ictimaiyyət qarşısına çıxıb.

Son 35 gündə heç yerdə görüntülənməyən Kim Çen In Koreya Xalq Ordusunun yaradılmasının 75-ci ildönümünü övladı ilə birlikdə qeyd etmək qərarına gəlib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, komandirlər üçün birbaşa kazarmada bayram ziyafəti təşkil edilib. Masada yeməklərdən əlavə, şərab da olub.

Şimali Koreya liderinin əlində siqar tutması diqqət çəkib.

Qeyd edək ki, Kim Çen Inın qızının adı hələ də yerli media tərəfindən açıqlanmayıb. Lakin ekspertlər əmindirlər ki, onun media məkanında görünməsi liderin gələcəkdə ölkədə hakimiyyəti onun əlinə keçirmək planlarından xəbər verir.


Etiketlər:  Çen günlük fasilədən sonra ictimaiyyət qarşısına çıxdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ