Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2023 08:50
"Zəlzələyə məruz qalan bütün vilayətlərimizdə mövcud olan binalar, həmçinin bu binaları tikənlər və məsul şəxslərlə bağlı məhkəmə araşdırmalarına başlanılıb".
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bekir Bozdağ bildirib.
Bozdağ qeyd edib ki, günahkarlar aşkarlanaraq cəzalandırılacaq. "Səhlənkarlığa, xətaya yol verənlər və zəlzələdən sonrakı dağıntılara görə məsuliyyət daşıyanlar müəyyən edilərək məhkəmə qarşısında cavab verəcəklər", - deyə nazir vurğulayıb.