Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zəlzələ nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının sayı 5-ə çatıb

Zəlzələ nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının sayı 5-ə çatıb

Tarix: 10 Fevral 2023 22:48

Türkiyədə zəlzələ nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının sayı 5-ə çatıb.

Bu barədə Milli.Az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

"Bu günə qədər 5 nəfər Azərbaycan Respublikası vətəndaşının - 1980-ci il təvəllüdlü Bünyatova Nailə Aydın qızı, 1973-cü il təvəllüdlü Məmmədova (Ökten) Rəna Xudaverdi qızı, 1975-ci il təvəllüdlü Məmmədova Sevinc Eldar qızı, 1976-cı il təvəllüdlü Karlı Leyla Vahid qızının və 1974-cü il təvəllüdlü Həsənzadə İlahə Hüseynağa qızının vəfatı barədə məlumat əldə olunub. Vəfat edən şəxslərin yaxınları ilə əlaqə saxlanılıb. Karlı Leyla Vahid qızının cənazəsi ailəsi tərəfindən Türkiyədə dəfn ediləcək. Digər 4 nəfərin cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür. Allah rəhmət eləsin!", - deyə XİN-dən bildirilib.

Milli.Az


Etiketlər:  Zəlzələ nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının sayı çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ