Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Real'' Benzema ilə müqaviləni uzadıb

''Real'' Benzema ilə müqaviləni uzadıb

Tarix: 11 Fevral 2023 08:32

"Real" futbolçusu Kərim Benzema ilə müqaviləsini uzadıb.

Bu barədə komandanın baş məşqçisi Karlo Ançelotti öz açıqlamasında bildirib. Madrid təmsilçisi 35 yaşlı hücumçu ilə 2024-cü ilin yayınadək yeni sözləşmə imzalayıb:

"Kərim gələn mövsüm də bizim hücumçumuz olacaq. O, həmişə olduğu kimi əla iş görəcək".

Xatırladaq ki, fransalı forvardın "Real"la sözləşməsi bu mövsümün sonunadək idi. Benzema La Liqanın cari mövsümündə 12 matçda 9 qol vurub və 2 qolun ötürməsini verib.

Milli.Az


Etiketlər:  Real Benzema ilə müqaviləni uzadıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ