Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2023 12:22
Qaziantepdə 94 saat sonra dağıntılar altından xilas edilən Adnan Muhammet Qorqud yaşadığı o anları danışıb.
Sonxeber.net bildirir ki, bu barədə publika.az Türkiyə KİV-nə istinadla xəbər verir.
"Üşüməyim deyə yorğana büründüm. Sağ qalmaq üçün öz sidiyimi içdim. Anamın yetişdirdiyi güllərin hissələri var idi və mən onu yedim. Beləcə sağ qalmağa çalışdım", - Qorqud deyib.
O, deyib ki, qonaq otağında yatarkən zəlzələ baş verib və dağıntılar altında qalıb:
"Ayaqlarım da donmuşdu. Bir parça paltar tapdım. Ayağıma corab kimi geyindirdim. Vaxtımı belə keçirdim. Olduğum sahə evin qonaq otağı idi. Diz üstə yeriyə bilmirdim. Əsgər hərəkətləri etdim. Beləcə sağ qalmağa çalışdım. Əvvəlcə telefonumu itirdim. 6 saatdan sonra zəngli saatın siqnalı çaldı. Telefonu əlimə aldım. Şəbəkə işləmirdi. Daşların içində güclə çalışırdım ki, şəbəkə çəksin. 25 dəqiqəyə zəngli saat qoyurdum ki, kömək gəlsə, eşitsinlər, yuxum getməsin. Telefonun enerjisi hadisənin ikinci günü bitdi".