Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2023 19:54
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını yekunlaşdıran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.
Səudiyyə Ərəbistanının U-18 komandasına qarşı oyun 1:1 hesabı ilə nəticələnib. Millimizin heyətində 90-cı dəqiqədə Rüfət Abbasov fərqlənib.
Xatırladaq ki, bu komandalar arasında fevralın 8-də keçirilən ilk qarşılaşma 2:2 hesabı ilə nəticələnmişdi.