Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Kuruluş Osman"ın aktyoru və xanımı zəlzələdə həlak oldu - FOTO

Tarix: 12 Fevral 2023 18:50

Türkiyədə baş verən zəlzələdən sonra yaranan dağıntılar altında qalanlar sırasında aktyor Çağdaş Çankaya ilə musiqiçi həyat yoldaşı Zilan Tiqris də yer alıb.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, onlarla bağlı axtarış günlərdir davam edib. Diyarbakırın Yenişehir bölgəsində doqquzmərtəbəli bir binanın altında qalan cütlüyün cansız bədəni tapılıb.

Çağdaş "Kuruluş Osman" serialında rol alıb. Zilan isə müxtəlif dillərdə səsləndirdiyi mahnılarla tanınırdı.

Milli.Az


Etiketlər:  Kuruluş Osmanın aktyoru xanımı zəlzələdə həlak oldu FOTO


RƏYLƏR