Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2023 21:40
"Qalatasaray", "Başakşəhər", "Karagümrük" və "İstanbulspor"da, son olaraq isə "İskenderunspor"da qapıçı məşqçisi işləyən Uğur Kurt zəlzələ fəlakətində həyatını itirib.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, "İskenderunspor"un qapıçı məşqçisi Uğur Kurtun Kahramanmaraşda baş verən zəlzələdə həlak olduğu təsdiqlənib.
Başakşehir Başçısı Göksel Gümüşdağ, "Akademiyamızda da çalışan və son vaxtlar "İskenderunspor"un qapıçı məşqçisi vəzifəsində fəaliyyət göstərən Uğur Kurtun vəfat xəbərini kədərlə öyrəndim. Uca Allahdan müəllimimizə rəhmət, ailəsinə başsağlığı diləyirəm",-deyə bildirib.
52 yaşlı təcrübəli məşqçi "Zeytinburnuspor", "Qalatasaray", "Sarıyer", "Boluspor", "Karagümrük", "Manisaspor", "İstanbulspor" və "Başakşəhər"də çalışıb. Son olaraq "İskenderunspor"da xidmət edirdi.
Qeyd edək ki, baş verən zəlzələdən sonra dağıntılar altından çıxarılaraq reanimasiyaya yerləşdirilən "İskenderunspor"un digər məşqçisi İbrahim Halil Ölməz də xəstəxanada dünyasını dəyişmişdi.