Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya da dağılsa, onlar öz keflərindədir – Ən vecsiz BÜRCLƏR

Dünya da dağılsa, onlar öz keflərindədir –  Ən vecsiz BÜRCLƏR

Tarix: 12 Fevral 2023 23:28

Bəzi insanlar heç nəyi veclərinə almırlar. Onlar üçün ətrafdakı hadisələrin və insanların heç bir önəmi yoxdur. Astrologiyaya görə isə bu cür insanlar ən çox üç bürc altında dünyaya gəlirlər.

Sonxeber.net savash.org-a istinadən həmin bürcləri təqdim edir:

ƏKİZLƏR

Əkizlər bürcü altında doğulanlar qarşılarındakı insanı çox soyuqqanlılıqla tənqid, hətta təhqir edib incidəcək qədər kobud insanlar olsalar da, tənqidə çox dözümsüzdürlər və tez inciyirlər. Lakin onlar mahir siyasətçilər olduqları üçün incidiklərini və kinli olduqlarını biruzə vermirlər. Bu zaman kinayəli gülüşlər düşür.

OXATAN

Oxatanlar da vecsiz bürclər siyahısındadır. Onlar özlərini tənqid edən insanlarla belə çox asan ünsiyyət qura bilirlər. Heç nəyi vecə almayan Oxatan bürcü insanları hər zaman stəkanın dolu tərəfini görməyə meyillidirlər. Oxatan bürcü altında doğulanlar özlərinə pislik edənlərə, tənqid edənlərə qarşı heç vaxt əsəbiləşmir və kin saxlamır. Hər zaman pozitiv və gülərüz olan Oxatanların bu xüsusiyyətləri bəzən arsızlıq kimi dəyərləndirilir.

DOLÇA

Dolçalar heç nəyi veclərinə almayan qayğısız insanlardır. Onlar heç kimə qayğı göstərmirlər. Kiməsə görə kefini pozmaq onlara xas xüsusiyyət deyil. Ancaq özləri hər kəsdən qayğı gözləyirlər. Əyləncəyə çox düşgündürlər.Dünya belə yansa, əyləncə düşünürlər. Heç bir şey və heç kim onları əyləncədən ayıra bilməz.


Etiketlər:  Dünya dağılsa onlar keflərindədir vecsiz BÜRCLƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ