Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2023 08:16
"Almaniyanın "Leopard" tanklarının Ukraynaya göndərilməsi ilə bağlı qərar hələ verilməyib".
Sonxeber.net "report"a istinadən bildirir ki, bunu Finlandiyanın baş naziri Sanna Marin bəyan edib.
O, Finlandiyadakı vəziyyətin Rusiya ilə həmsərhəd olduğuna görə digər ölkələrdən fərqli olduğunu bildirib və Ukraynaya "Leopard" tanklarının göndərilməsi ilə bağlı hələlik qərarın verilmədiyini qeyd edib:
"Biz bu şeyləri ictimaiyyətə öncədən demirik, amma qərar qəbul olunanda onların bilməli olduqlarını söyləyirik. Finlandiya Ukraynaya çoxlu materiallar verib və biz bunu davam etdirməyə hazırıq".