Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2023 09:32
Türkiyədə baş verən zəlzələdə ən çox zərər görənlərdən olan "Hatayspor"un futbolçusu Saba Lobjanidze yaşadığı qorxu dolu anlardan danışıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, Saba Gürcüsta mediasına zəlzələ zamanı çox qorxduğunu deyib:
"Zəlzələ olanda evdə idim. Bütün şəhər yatırdı. Səhər saat 4 idi və zəlzələ 2 dəqiqə davam etdi. Yaşananları sözlərlə ifadə edə bilmirəm. Evdən güclə çıxdım. Bina tam çökmədia, amma tavan və içindəki hər şey çökdü. Səkkizinci mərtəbədə qalıram. Qorxulu idi, yer hərəkət edirdi. Göydə bir şey parıldayırdı və yerdən qorxulu səs gəlirdi".
Futbolçu bildirib ki, özü zəlzələdən sağ xilas ola bilsə də, psixoloji sarsıntı yaşayıb:
"Klubdakı hər kəsin evi yıxılıb. 11 mərtəbəli binanın 9-cu mərtəbəsində Atsu, 5 və 7-ci mərtəbədə isə digər oyunçularımız və texnik direktorumuz yaşayırdı. Möcüzə nəticəsində sağ qalanlar oldu. Stolun altına giriblər, həmin gün xilas edildilər. Stress içindəyəm. Uşaqlarını axtaran ana və ataları görəndə qorxu dolu anlar yaşayıram".
Qeyd edək ki, hazırda dağıntılar altında qalan futbolçu Kristian Atsunun xilas ediləcəyi an gözlənilir.