Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kadırovun köməkçisinə qarşı sui-qəsd cəhdi olub

Kadırovun köməkçisinə qarşı sui-qəsd cəhdi olub

Tarix: 13 Fevral 2023 11:40

Çeçenistan rəhbəri Ramzan Kadırovun köməkçisi, "Axmat" xüsusi təyinatlı qüvvələrinin komandiri Apti Alaudinova qarşı sui-qəsd cəhdi olub.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ramzan Kadırov öz teleqram kanalında açıqlayıb. 

Onun sözlərinə görə, fevralın 8-i general Alaudinova zəhərli maddəyə bulaşdırılmış zərf göndərilib. Alaudinov zərfin zəhərli olduğunu anlayıb və vaxtında tədbir görüb. Buna baxmayaraq, komandir xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin yaxşı olduğu bildirilir.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.


Etiketlər:  Kadırovun köməkçisinə qarşı qəsd cəhdi olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ