Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keçmiş prezident Rihannanı tənqid etdi

Keçmiş prezident Rihannanı tənqid etdi

Tarix: 13 Fevral 2023 19:35

Fevralın 12-dən 13-nə keçən gecə təkcə Amerika futbolsevərləri üçün deyil, Rihanna azarkeşləri üçün də əyləncəli olacaq.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni Milli Futbol Liqasının final oyunu olan Super Kubokun fasiləsində çıxış edəcək. Beş ildə ilk canlı şou nümayiş etdirəcək Rihanna "Rihannanın futbol oyunu fasiləsində konserti" yazısı olan köynəklər də buraxıb.

Keçmiş ABŞ prezidenti Donald Tramp isə bu günlərdə Rihanna ilə bağlı tənqidi statuslar paylaşır. "Onun "stilist"i olmasaydı, o, heç kim ola bilməzdi. Hər şey pisdir və istedadı yoxdur" deyə, Tramp paylaşımında yazıb.

Yeri gəlmişkən, uzun müddət Donald və Rihanna arasında münasibət yaxşı olmayıb. Trampın prezidentliyi dövründə müğənni onun haqqında son dərəcə sərt danışıb. Belə ki, 2017-ci ildə o, yeddi ölkədən olan müsəlman qaçqınların ölkəyə girişini qadağan edən qərarından sonra Trampı "əxlaqsız donuz" adlandırıb. 2019-cu ildə isə Trampın ABŞ-dakı qırğınlara biganəliyi onu qəzəbləndirib.


Etiketlər:  Keçmiş prezident Rihannanı tənqid etdi


RƏYLƏR