Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Hansı söz valideynin uçqun altında qalan balası üçün təsəlli olar?''

''Hansı söz valideynin uçqun altında qalan balası üçün təsəlli olar?''

Tarix: 14 Fevral 2023 04:44

"Türkiyə xalqına təskinlik üçün heç bir sözüm yoxdur".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova sosial şəbəkə hesabında yazıb. Müğənni Türkiyədə zəlzələdə övladını, evini, valideynini itirənlərdən bəhs edib.

"Axı, hansı söz ananın, atanın uçqunlar altında qalan balası üçün təsəlli ola bilər? Hansı söz valideynlərini itirən, üzərinə daşlar yağan, baxışları haray qoparan uşaqları isidər?" deyə, F.Kərimova bildirib.

Müğənni daha sonra Eldar Mansurovun 1999-cu ildə Türkiyədə baş vermiş zəlzələdə dünyasını dəyişənlər həsr etdiyi "Keçmiş olsun" mahnısından söz açıb:

"Bu mahnı bəstəkarın, yazarın, mənimlə birgə oxuyan sənət yoldaşlarımın, ürəyi qardaşlarıyla döyünən xalqımın, türklüyün hayqırtısı idi. Çox heyif ki, mənə görə illərlə qadağada qaldı, onların səsi də eşidilmədi".

Mahnını Xalq artistləri Flora Kərimova, Aygün Kazımova, İlqar Muradov, Səməd Səmədov, Elxan Əhədzadə, Əməkdar artistlər Ruhəngiz Allahverdiyeva, Almaz Ələsgərova, müğənni Mətanət Əbdülova ifa edib.


Etiketlər:  Hansı söz valideynin uçqun altında qalan balası üçün təsəlli olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ