Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2019 16:16
Türkiyənin İstanbul şəhəri Çempionlar Liqasının final oyununa ev sahibliyi hüququnu itirə bilər.
Qol.az-ın "Football İtalia"ya istinadən yaydığı xəbərə görə, bu barədə UEFA-nın vitse-prezidenti Mişel Uva açıqlayıb. O bildirib ki, 2019/20 mövsümünün final oyununun yerinin dəyişdirilməsi ilə bağlı çağırışlar müzakirə olunacaq.
Türkiyənin Suriya YPG/PKK terrorçularına qarşı başladığı hərbi əməliyyatlardan sonra bəzi mütəxəssislər finalın İstanbulda keçirilməsinə qarşı çıxıblar. Türkiyə yığmasının futbolçularının seçmə mərhələnin son oyunları zamanı qol sevincini əsgər salamı ilə qeyd etməsi də narazıların sayını artırıb: “Biz məsələyə idmanın müstəqilliyi baxımından yanaşıb, öz səlahiyyətlərimiz çərçivəsində baxacağıq. Əlbəttə, biz BMT, Avropa Şurası və ya ABŞ, diplomat və siyasətçiləri əvəz edə bilmərik. UEFA-nın qərarı təşkilat rəhbərliyi və prezidentlə məsləhətləşmədən sonra qəbul olunacaq”.
Xatırladaq ki, Çempionlar Liqasının finalının 2020-ci il mayın 30-da Atatürk Olimpiya Stadionunda keçiriləcəyi açıqlanıb.