Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2023 19:20
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Şahin Bağırov Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.
Sonxeber.net qafqazinfo-ya istinadən bu məqamda Ş.Bağırovun dosyesini təqdim edir.
Ş.Bağırov 1965-ci ildə Bakıda anadan olub. 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib. İkinci təhsil kimi 2003-cü ildə Rusiya Gömrük Akademiyasının "Gömrük işinin təşkili" fakültəsindən məzun olub.
2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib.
Əmək fəaliyyətinə təyinat əsasında Azərbaycan Respublikasında Aqrar Sənayə Kompleksi sistemində ixtisasına uyğun olaraq fəaliyyətə başlayıb.
1992-ci ildən gömrük sistemində inspektor vəzifəsində fəaliyyətə başlayıb, gömrük sistemində müxtəlif vəzifələrdə çalışıb və Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə qədər yüksəlib.
2019-2022-ci illərdə Vergilər Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində çalışıb.
2014-ci ildə gömrük xidməti general-leytenantı rütbəsi verilib.
2022-ci ilin iyulun 18-də Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib.
Ailəlidir, 2 (iki) övladı var.