Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2023 20:32
ABŞ-ın Aerokosmik Agentliyi NASA diametri 522 min işıq ili olan kainatın ən böyük məlum spiralvari qalaktikasının fotosunu çəkib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, NGC 6872 qalaktikası Süd Yolundan beş dəfə böyükdür.
O, planetimizdən təxminən 212 milyon işıq ili uzaqlıqda yerləşir.
NGC 6872 qonşu diskvari IC4970 qalaktikası ilə cazibə qüvvəsinin qarşılıqlı təsiri nəticəsində uzadılmış forma alıb. Adətən belə qarşılıqlı təsirlər qalaktikaların birləşməsinə gətirib çıxarır. Astronomlar hesab edirlər ki, bu halda yeni qalaktika yarana bilər.