Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2023 21:06
Qanı toksinlərdən, yağ qalıqlarından detoksikasiya etmək üçün bəzi qidaları yemək lazımdır.
"Medicina" həmin siyahını təqdim edir.
Limon - C vitamini ilə zəngindir, sərbəst radikalları zərərsizləşdirir. Turşu və qələvi mühiti balanslaşdırır. Qana faydalıdır.
Zəncəfil - antioksidant təsiri edir, qanı gücləndirir
Sarımsaq - antibakterial, antibiotik təsirlidir. Həm ödü, həm qaraciyəri, həm qanı təmizləyir. Çiy halda əzib yemək məsləhətdir.
Ənginar - qaraciyəri və qanı yağlardan təmizləyir, qaraciyərin qanı filtr etmək qabiliyyətini artırır.
Çuğundur - Betain tərkibli olduğu üçün qanı saflaşdırır, qaraciyəri təmizləyir.
Kələm - bütün kələm növləri qanı və qaraciyəri zərərli maddələrdən təmizləyir.
Bunlardan yaxşı bir salat düzəldib yeyə bilərsiz.