Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Survivor” iştirakçısı zəlzələdə sevgilisini itirdi: “Biz yarıda qalmadıq, məhşərə qaldıq”

“Survivor” iştirakçısı zəlzələdə sevgilisini itirdi: “Biz yarıda qalmadıq, məhşərə qaldıq”

Tarix: 15 Fevral 2023 07:28

Fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələdə "Survivor" iştirakçısı Aşkım Burçe Tunayın sevgilisi Yiğit Can Datlı həyatını itirib.

Milli.Az musavat.com-a istinadən bildirir ki,"Survivor-2020" mövsümü ilə tanınan gimnast Aşkım Burçe acı xəbəri sosial şəbəkədə paylaşıb. O, sevgilisi ilə çəkdirdiyi videosunu yayımlayıb.

"Allah deyir ki, kimi məndən çox sevsən, onu səndən alaram. Və əlavə edir ki, "Onsuz yaşaya bilmərəm", - demə, səni onsuz yaşadaram. Biz yarıda qalmadıq, söz verirəm, məhşərə qaldıq", - deyə Aşkım Burçe videoya şərh yazıb.

"Üzünü görməyə cəsarət edə bilmədim ilk əvvəl. Əslində bu, mənim özümü aldatmaq üsulum idi, çünki üzünü görsəydim, həyatda olmadığına inanmaq məcburiyyətində qalacaqdım artıq... Amma son dəfə baxmalı idim sənə, son dəfə səni sevdiyimi deməli idim. Bilirəm, haradansa məni izləyirsən. Qəlbim sənin evindir, söz verirəm, o evə çox yaxşı baxacağıma söz verirəm", - deyə o əlavə edib.

Milli.Az


Etiketlər:  Survivor iştirakçısı zəlzələdə sevgilisini itirdi Biz yarıda qalmadıq məhşərə qaldıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ