Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FHN Kahramanmaraşda 130-dan çox çadır qurub - VİDEO

FHN Kahramanmaraşda 130-dan çox çadır qurub - VİDEO

Tarix: 15 Fevral 2023 15:38

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən Türkiyənin zəlzələ baş vermiş Kahramanmaraş şəhərinin sakinləri üçün müvəqqəti çadırlar qurulub.

Sonxeber.net APA-ya istinadən bildirir ki, FHN-in əməkdaşları Azərbaycandan göndərilən çadırları şəhərin Doğukənd məhəlləsində yerləşən stadionda quraşdırmağa başlayıblar, 130-dan artıq çadır ailələrə təhvil verilib.

Çadırlar istilik sistemi və digər avadanlıqlarla təmin edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, FHN tərəfindən Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə humanitar yardımlar göndərilib. Bu vaxta qədər nazirlik tərəfindən göndərilən yardımları aparan 10 təyyarə, 3 avtomobil karvanı Türkiyəyə gəlib çatıb. Yardım aparan avtomobillərin sayı isə 39-dur.


Etiketlər:  Kahramanmaraşda çox çadır qurub VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ