Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rihanna “Super Bowl-2023”də səhnəyə 1,2 milyonluq AKSESUARLARLA ÇIXIB - VİDEO - FOTO

Rihanna “Super Bowl-2023”də səhnəyə 1,2 milyonluq AKSESUARLARLA ÇIXIB - VİDEO - FOTO

Tarix: 15 Fevral 2023 18:10

Xəbər verdiyimiz kimi, dünya pop səhnəsinin ulduzu Rihanna bir neçə gün əvvəl "Super Bowl-2023"də performansı ilə adından söz etdirib. 

Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, sənətçi geyimi ilə yanaşı sərvət dəyərində aksesuarları ilə diqqətləri üzərinə cəmləyib. 

Belə ki, Barbados gözəli geyiminə uyğun olaraq, "Jacob & Co" markası tərəfindən hazırlanmış siferblatı isə yaqut qaşlarla bəzədilmiş qırmızı saat seçib. Siferblat 10 karatlıq 360 daşla haşiyələnib, qayışı timsah dərisindən hazırlanıb. Bu aksesuarın qıyməti 72 min dollardır.

Müğənni qulağına monosırğalar və "Messika" klipsalar taxıb. Mütəxəssislər onları təxminən 12 min dollar qiymətləndirirlər.  

Bundan əlavə, müğənni kombinezonunu bəzəyən "Joseph Saidian & Sons"dan üç vintaj brilliant broşun qiyməti təxminən 130 min dollar dəyərindədir.

Rihannanın görünüşünün ən bahalı hissəsi "Bayco" üzüyü idi. Brendin saytında deyilir ki, 19,5 karat ağırlığında ən nadir "Birma" yaqutu 5,7 karatlıq brilyantlarla kəsilib. Sözügedən üzüyün qiyməti bir milyon dollara qədərdir. 

Beləliklə, pop ulduzunun üzərini bəzəyən zərgərlik məmulatlarının ümumi dəyəri 1,2 milyon dollara çatır.  


Etiketlər:  Rihanna Super Bowl 2023də səhnəyə milyonluq AKSESUARLARLA ÇIXIB VİDEO FOTO


RƏYLƏR