Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müharibə başlayandan Avropaya 8 milyon ukraynalı gedib

Müharibə başlayandan Avropaya 8 milyon ukraynalı gedib

Tarix: 16 Fevral 2023 08:48

Ukraynada müharibə başlayandan bəri Avropaya 8 milyondan çox ukraynalı qaçqın gəlib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.

Komissarlığın məlumatına görə, son iki həftə ərzində qaçqınların sayı 25 min nəfər artıb.

Ötən il fevralın 24-dən bəri ukraynalı miqrantların əksəriyyətini Polşa (1,563 milyon) və Almaniya (1,055 milyon) qəbul edib. İlk onluqda həmçinin Çexiya, İtaliya, İspaniya, Böyük Britaniya, Bolqarıstan, Fransa və Rumıniya yer alıb. Onların hamısında, eləcə də Slovakiya və Moldovada ukraynalı qaçqınların sayı 100 min nəfəri ötür.

Milli.Az


Etiketlər:  Müharibə başlayandan Avropaya 8 milyon ukraynalı gedib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ