Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Venger ''Real''ın təklifini niyə rədd edib?

Venger ''Real''ın təklifini niyə rədd edib?

Tarix: 15 Oktyabr 2019 19:52

“Kiçik yaşlarımdan istədiyim kimi işləyəcəyimi düşünürdüm. Hərdən fikirləşirdim ki, hər şey yaxşıdır, ya yox? Amma “Arsenal”da özümü istədiyim kimi işləyəcəyim bir klubda hiss edirdim. Bütün bunları niyə dəyişməlisən?”

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı məlumata görə, bu sözləri "Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger karyerası haqda vediyi açıqlamada deyib. 

70 yaşlı məşqçi “Arsenal”da çalışdığı dövrdə niyə “Real”ın təklifini rədd etdiyinin səbəbini də açıqlayıb: “Bəlkə də “Real”da daha yaxşı şəraitdə işləsəydim, kluba təsirim də az olardı. Buna görə də hekayəmi “Arsenal”la davam etdirəcəyimə qərar verdim”.

Xatırladaq ki, A.Venger 1996-2018-ci illər ərzində London klubunu çalışdırıb.
 


Etiketlər:  Venger Realın təklifini niyə rədd edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ