Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nigar Camal yeni duet ortağı ilə - VİDEO

Nigar Camal yeni duet ortağı ilə - VİDEO

Tarix: 17 Fevral 2023 04:45

Müğənni Nigar Camal həmkarı Dima Bilanla məşhur dueti "Обними меня"nı illər sonra yenidən səsləndirib.

Milli.Az olay-a istinadən xəbər verir ki, onlar sözügedən ifanı Moskvada Bilanın sənət fəaliyyətinin 25 ili münasibətilə baş tutan konsertdə oxuyublar.

Gecədən görüntülər tədbirin keçirildiyi məkanın sosial şəbəkə hesabında paylaşılıb.

Onu da bildirək ki, həmin duet 2012-ci ildə "Muz" TV mükafatlarında "Rusiyada ilin ən yaxşı dueti" nominasiyası üzrə qalib olub. Onlar 5 il sonra mahnını Bakıda keçirilən "JARA" festivalında ifa ediblər.

Milli.Az


Etiketlər:  Nigar Camal yeni duet ortağı ilə VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ