Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayden Ukraynaya əsgər göndərməyə məcbur oldu

Bayden Ukraynaya əsgər göndərməyə məcbur oldu

Tarix: 17 Fevral 2023 08:44

ABŞ Prezidenti Co Bayden Ukraynada ABŞ Konstitusiyasına zidd gizli əməliyyat həyata keçirir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Nyu Cersi ştatının Ali Məhkəməsinin keçmiş hakimi Endryu Napolitano "Vaşinqton Post" qəzetinə yazdığı məqalədə bildirib.

"Təqdim olunan avadanlığın bəzilərindən istifadə etmək o qədər çətindir ki, ABŞ hərbçiləri şəxsən Ukraynaya gedib Ukrayna Silahlı Qüvvələrinə təlim keçməli olurlar", - deyə qeyd edilib.

Napolitanonun fikrincə, amerikalıların gizli mövcudluğu müəyyən çətinliklər yaradır. Təlimçilər mülki geyimdə olduğundan hansısa rəsmi əməliyyatdan danışmaq mümkün deyil. Eyni zamanda, rus qoşunları onlara atəş aça və ya Ukraynanın xeyrinə casusluqda ittiham edə bilər.

Keçmiş hakim xatırladıb ki, oxşar vəziyyət bir dəfə Vyetnamda yaranıb.

Milli.Az


Etiketlər:  Bayden Ukraynaya əsgər göndərməyə məcbur oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ