Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2023 21:20
ABŞ sakini, 85 yaşlı Ed Snekenberger 60 il əvvəl ayrıldığı nişanlısı Priscilla Mateni ilə evlənib.
Sonxeber.net xəbər verir ki, bu barədə "People" məlumat yayıb.
Qeyd olunub ki, Snekenberger və Mateni 1962-ci ildə nişanlanıblar. Ed sonra öz məmləkəti Haygerstaun Merilenddən bir neçə saatlıq məsafədə olan kollecə qəbul olub. Priscilla bir neçə dəfə nişanlısını başqa ştatda ziyarət etsə də, cütlük ayrılmağa qərar verib. Snekenberger maliyyə çətinliklərinə görə nişanını pozmaq istədiyini bildirib. O vaxtdan bəri Snekenberger və Mateni danışmayıb. Sonradan hər ikisi ailə qurub və oğul-uşaq sahibi olub. 1986-cı ildə ərinin ölümündən sonra Mateni ailəsi ilə birlikdə Haygerstounda yaşamağa davam edib.
2021-ci ildə isə Snekenberger də dul qalıb. Kədərin və tənhalığın öhdəsindən gəlməyə çalışan Snekenberger 60 ildən sonra keçmiş nişanlısı ilə görüşmək və üzr istəmək istəmək qərarına gəlib. Snekenberger Matenini sosial şəbəkədə tapsa da, qadın onunla ünsiyyət qurmaqdan imtina edib. Daha sonra Snekenberger Haygerstaun şəhərinə gəlib, keçmiş nişanlısının getdiyi kilsəni tapıb və görüş tələb edib. Priscilla onun ciddi olduğunu başa düşəndən sonra danışmağa razı olub. Onlar kafedə oturub iki saat birlikdə vaxt keçiriblər. Snekenberger Matenidən telefon nömrəsi ilə ünvanını istəyib və həmin axşam ona zəng edib. "Çətin axşam idi. Onu hələ də sevdiyimi başa düşdüyüm üçün ağladım", - Priscilla müsahibəsində deyib.
Keçmiş nişanlısını bir daha görməmək üçün Mateni kilsədəki ibadətdən yayınıb və internetdə onun canlı yayımına baxıb. İbadət başa çatdıqdan sonra Snekenberger evinə gələrək Mateniyə evlilik təklif edib. Lakin rədd cavabı alıb.
Rədd cavabı almasına baxmayaraq, Ed hər həftə sonu sevgilisini ziyarət etməyə davam edib. Bir neçə aylıq ünsiyyətdən sonra Mateni onun evlilik təklifini qəbul edib: "Mən gördüm ki, o, yaxşı xristian, çox qayğıkeş və şirin oğlan olaraq qalıb. Onda əvvəllər də bu xüsusiyyətləri bəyənirdim".
Cütlük 2022-ci ilin payızında ailə qurub. İndi onlar Mateninin evində yaşayırlar və birlikdə vaxt keçirməkdən zöqv alırlar. Kiçik səyahətlər edir, kilsəyə, kinoya və ya simfonik orkestrin konsertlərinə gedirlər. "Mən inanılmaz dərəcədə xoşbəxtəm. Mənə elə gəlir ki, bu, Tanrının mənə hədiyyəsi olub", - Snekenberger bildirib. (publika)